Prezident İlham Əliyev Türkmənistanla ikitərəfli sənədləri təsdiq edib


Digərləri 29 Noy 2017 18:37:00 212 0

Prezident İlham Əliyev Türkmənistanla ikitərəfli sənədləri təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb. Müəllif Hüquqları Agentliyinə Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir. XXX Dövlət başçısı Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb. Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb. Mədəniyyət və Turizm Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin