Prezident Ağcabədi Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb


Sosial 29 Noy 2017 17:56:01 288 0

Prezident Ağcabədi Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Ağcabədi şəhərində 25 çoxmənzilli bina əsaslı təmir ediləcək

Prezident İlham Əliyev noyabrın 29-da “Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.