Tofiq Həsənova ədliyyə generalmayoru rütbəsi verildi


Siyasət 29 Noy 2017 18:04:00 279 0

Tofiq Həsənova ədliyyə generalmayoru rütbəsi verildi

Prezident İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi Tofiq Etibar oğlu Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində