Türkiyə Ermənistanla sərhəddə geniş əməliyyatlara başladı


Dünya 29 Noy 2017 17:26:00 229 0

Türkiyə Ermənistanla sərhəddə geniş əməliyyatlara başladı

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardmançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib. 

Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb. Bölgədə terrorçuların aşkarlanıb məhv edilməsi tədbirləri davam edir. 

Ağrı əyaləti Jandarm Komandanlığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları ilə yanaşı bütün bölgədə fasiləsiz olaraq aparılacaq.