"S&P": Yüksək inflyasiya Türkiyənin reytinqinə mənfi təsir edə bilər


İqtisadiyyat 29 Noy 2017 17:02:09 251 0

"S&P": Yüksək inflyasiya Türkiyənin reytinqinə mənfi təsir edə bilər

TRY/USD məzənnəsi tarixi rekord həddə çox yaxındır

"Yüksək inflyasiya Türkiyənin kredit reytinqi üçün narahatlıq yaradır". "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin direktor müavini "Reuters" agentliyinə verib.

Açıqlamada bildirilir ki, "zəif türk lirəsi yüksək inflyasiyanı bəsləməyə davam edəcək. Türkiyə Mərkəzi Bankı (TCMB) bu durumla ciddi şəkildə mübarizə aparmalıdır".

"Yüksək inflyasiya və TCMB-nin tutarsız cavabları kredit reytinqi üçün narahatlıq yaradır", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, hazırda Türkiyədə ABŞ dollarının məzənnəsi 3,96 TRY/USD səviyyəsində qərarlaşıb və tarixi rekord həddə (3,9825 TRY/USD) çox yaxındır.