Piter Teys: "AZƏRTACın beynəlxalq media məkanında artan rolunun şahidiyik"


Digərləri 29 Noy 2017 17:03:00 295 0

Piter Teys: "AZƏRTACın beynəlxalq media məkanında artan rolunun şahidiyik"

AZƏRTAC Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi və ölkənin bütün sahələri haqqında məlumatların dünyaya çatdırılmasında böyük işlər görür. Agentliyin beynəlxalq media məkanında artan rolunun, ölkədən xaricdə fəaliyyətinin genişlənməsinin biz də şahidiyik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri amerikalı jurnalist, politoloq Piter Teys AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşdə deyib. Jurnalist Azərbaycanda olduğu iki ay ərzində ölkənin qədim tarixi, mədəniyyəti, bir sıra regionları ilə yaxından tanışlıq imkanı qazandığını söyləyib.

Baş direktor qeyd edib ki, Azərbaycan haqqında məlumatların dünyada yayılması istiqamətində mütəmadi iş aparan AZƏRTAC tərəfdaşları ilə xəbər mübadiləsi həyata keçirir, qlobal informasiya resurslarının imkanlarından istifadə edir. Agentliyin hazırda Dünya Xəbər Agentlikləri Konqresi (NAWC) və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi, bunun dünyanın 100-dən çox agentliyi ilə əlaqələr yaradılmasına yol açdığı diqqətə çatdırılıb. Piter Teysin AZƏRTAC ilə uzun müddətdir əməkdaşlıq etdiyini deyən baş direktor onun yazılarını Azərbaycan haqqında obyektiv məlumatların daha geniş auditoriyaya çatdırılması işinə böyük töhfə kimi dəyərləndirib.