Fatih Terim: "Bu xəbərlər "Galatasaray"a ziyan verir"


İdman 29 Noy 2017 16:10:00 315 0

Fatih Terim: "Bu xəbərlər "Galatasaray"a ziyan verir"

Türkiyə millisindən ayrıldıqdan sonra adı tez-tez "Galatasaray"la hallanan Fatih Terim bu mövzudakı səssizliyini pozub.

Goal.az xəbər verir ki, mütəxəssis "cim-bom" rəhbərliyi ilə görüşməsi barədə yayılan iddiaları da yalanalayıb:

"Haqqımda yazılan xəbərlər "Galatasaray"a zərər verir. Klubla danışığım olsa, özüm bu barədə xəbər verərəm. Bu açıqlamamdan sonra bu barədə yenə xəbərlər yazılarsa, onlara etibar etməməyinizi rica edirəm".