Gəncə sakini dərmandan zəhərlənərək öldü


Digərləri 29 Noy 2017 15:49:00 223 0

Gəncə sakini dərmandan zəhərlənərək öldü

Gəncə şəhər sakini dərmandan zəhərlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1991-ci il təvəllüdlü Tudayev Teymur Bəxtiyar oğlu dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb. T. Tudayevin həddən artıq eyni tərkibli dərman həbi qəbul edərək zəhərləndiyi bildirilir.    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.