Avropada yeni dəhşət: zirzəmidə 10 illik işgəncə,


Digərləri 29 Noy 2017 14:50:00 251 0

Avropada yeni dəhşət: zirzəmidə 10 illik işgəncə,

İtaliyada 52 yaşlı Aloizo Françesko Rosario Cordano həbs olunub. O, Rumıniya vətəndaşı, 29 yaşlı qadını oğurlayaraq 10 il ərzində kölə kimi saxlamaqda suçlanır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Cordano bu qadını tam 10 il sərasər evinin zirzəmisində kölə, əsir kimi saxlayıb. Qadına sürəkli işgəncələr verərək təcavüz edən Cordano qurbanını iki uşaq doğmağa da vadar edib.

Aloizo Cordano əvvəllər də analoji cinayətə görə həbs edilmişdi. 1995-ci ildə o, 23 yaşlı Mariya Rozanı oğurlayaraq ona işgəncələr verməkdə və təcavüz etməkdə suçlanmış, 5 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Mariya Roza iki dəfə hamilə qalmış və abort edilmişdi. Cordano ilk "abort"u Mariyanın qarınnı təpikləməklə, ikinci "abort"u isə skalpel və qaşıqdan istifadə edərək reallaşdırmışdı.

Həbsxanada "nümunəvi davranış"a görə Cordano 1999-cu ildə azadlığa buraxılmışdı.

Evə, xəstə anasının və 2 uşağının yanına qayıdan Cordano qulluqçu qismində 19 yaşlı rumın qıza iş təklif etmişdi.

A.Cordanonun arvadı öləndə o, 19 yaşlı rumın qıza "ailədə yer" təklif edib, evdə qala biləcəyini deyib. Lakin az sonra rumın qız zirzəmiyə salınıb, ömrünün 10 ilini orada keçirib.

Qızı çirkli, siçovullarla və həşəratlarla dolu, suyu və elektrik işığı olmayan otaqda dəmirə bağlayan Cordano qurbanını döyür, zorlayırdı.

Bu 10 il ərzində zavallı zirzəmidə iki uşaq doğub. Həmin uşaqlar indi 9 yaşlı oğlan və 3 yaşlı qızdır. Uşaqlar Cordanonun analarına əzab verməsinə məcburi "tamaşaçı" olurdular.

Polis qadının vücudunun müxtəlif yerlərində çoxsaylı travmalar və yaralar aşkarlayıb. A.Cordano qurbanını özü "müalicə" edirdi. O, bəzi dərin yaraları balıqçı tilovunun plastik ipi ilə tikirdi.


Xəbərə aid fotolar