FIG prezidenti: Fərid Qayıbovun təcrübəsi dünyada gimnastikanın inkişafına böyük töhfədir (ÖZƏL)


Digərləri 29 Noy 2017 14:55:52 295 0

FIG prezidenti: Fərid Qayıbovun təcrübəsi dünyada gimnastikanın inkişafına böyük töhfədir (ÖZƏL)

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun təcrübəsi dünya gimnastikasına böyük töhfədir.

Bakı. Gülqız Muradova - Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun təcrübəsi dünya gimnastikasına böyük töhfədir. Bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib. F.Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçkilərində qələbə qazanmaq şansından danışan M.Vatanabe qeyd edib ki, AGF-nin baş katibi Azərbaycanda uğurla baş tutan bir çox irimiqyaslı idman tədbirləri və beynəlxalq görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Onun təcrübəsi yalnız Avropa deyil, bütün dünyada gimnastikanın inkişafına böyük bir töhfədir". Dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 50 üzvü XXVII Konqresdə UEG-nin yeni rəhbərini seçəcək. Qeyd edək ki, F.Qayıbov iki dəfə (2008 və 2012-ci ildə) FIG Şurasına seçilib, hazırda isə UEG-nin vitse-prezidentidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin