Fransalı mütəxəsis daha 5 il Mərakeş millisində


İdman 29 Noy 2017 14:31:00 230 0

Fransalı mütəxəsis daha 5 il Mərakeş millisində

Mərakeş millisinin baş məşqçisi Erve Renar ölkənin futbol federasiyası ilə yeni anlaşma imzalayıb. Goal.az xəbər verir ki, 49 yaşlı mütəxəsisin yeni müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub. "BBC Sport"un məlumatına görə onun məvacibi 78 milyon avro təşkil edəcək. Komandanın uğurlu çıxışına görə bonuslar da nəzərdə tutulub.

Renar Zambiya (2012) və Kot-d`İvuar millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub. 2016-cı ildən Mərakeş millisində çalışan fransalı mütəxəsis komandanı 2018-ci il dünya çempionatına çıxarıb. Qərbi Afrika təmsilçisi 1998-ci ildən sonra ilk dəfə mundial həyəcanı yaşayacaq.