Samuxda ev yanıb, sahibi yanıq xəsarətləri alıb


Sosial 29 Noy 2017 14:25:00 279 0

Samuxda ev yanıb, sahibi yanıq xəsarətləri alıb

Faktla bağlı araşdırma aparılır

Samuxda fərdi yaşayış evində yanğın baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 

Ev sahibəsi, 1972-ci il təvəllüdlü Nadejda İkram qızı Məmmədova yanğın zamanı evdəki bəzi əşyaları çıxarmaq istəyərkən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Yanğın söndürülüb, evə və əşyalara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.