Dövlət qulluğuna qəbul olmaq istəyənlərə


Digərləri 29 Noy 2017 14:26:00 224 0

Dövlət qulluğuna qəbul olmaq istəyənlərə

Azərbaycanda dövlət qulluğu imtahanından keçən namizədlərin məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə təqdim etdikləri sənədlərin siyahısı azaldılıb.

Son.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları"nda dəyişikliklər edib.

Yeni dəyişikliklərə əsasən, müsabiqənin test imtahanından keçmiş namizədin təqdim etdiyi sənədlərin siyahısından tam orta təhsil, orta ixtisas təhsili haqqında olan sənəd ixtisar edilib.