FIG prezidenti: "Azərbaycan Gimnastika Federasiyasının sisteminə bir çox federasiyalar qibtə edə bilər"


Digərləri 29 Noy 2017 14:29:00 232 0

FIG prezidenti: "Azərbaycan Gimnastika Federasiyasının sisteminə bir çox federasiyalar qibtə edə bilər"

Azərbaycan Gimnastika Federasiyası (AGF) dünyanın bir çox federasiyalarının qibtə edə biləcəyi sistemə malikdir.

Son.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib.

M.Vatanabe bu il 15 illiyini qeyd edən AGF-nin fəaliyyətini və infrastrukturunu yüksək qiymətləndirib: "Gimnastika arenası, təhsil mərkəzləri, idmançı və məşqçi heyəti üçün evlər, bir sözlə, gimnastika üçün lazım olan hər şey var. Həmçinin dövlət gimnastikanın inkişafına güclü dəstək verir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Azərbaycan Gimnastika Federasiyasının FIG-nin dəstəyinə ehtiyacı yoxdur".

O bildirib ki, AGF tərifəlayiq fəaliyyəti olan federasiyaların siyahısına daxil edilib: "2017-ci ildə ən fəal federasiyalara gəldikdə, bunlar Azərbaycanın və Portuqaliyanın gimnastika federasiyaları olub".