"Lotu Quli"nin kirvəsi: "Cibimdə yalnız 2000 dollar var idi, amma..."


Kriminal 29 Noy 2017 14:13:00 252 0

"Lotu Quli"nin kirvəsi: "Cibimdə yalnız 2000 dollar var idi, amma..."

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə  M.Namazov vəkili Təranə Əliyevanın suallarını cavablandırıb.   Məhəbbət Namazov bildirib ki, polis əməkdaşları onu küçədə saxlayan zaman özlərini təqdim etməyib: "Polisə aparan zaman üzərimi yoxlamadılar. Şalvarımın cibində yalnız 2000 dollar var idi. Hadisənin axşamı üzərimi yoxladılar. Bir nəfər əlində nəsə gətirdi və dedi ki, "bu, artıq sənindir". Məni maşınımın yanına apardılar, avtomobilə özlərinin qoyduqları şeyləri də çıxartdılar. Maşının açarını isə evdən qardaşım oğlu gətirdi".    Prosesdə vəkil 4 vəsatət verib. Vəsatətlərin müzakirəsi gələn prosesə qalıb.    Məhkəmənin dekabrın 6-a təyin edilib.    Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.   Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.