Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir


Digərləri 29 Noy 2017 14:19:00 303 0

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.

Son.az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər 27-28 noyabr tarixlərində müsahibədən keçib. Noyabrın 29-da psixoloq olmaq istəyənlər üçün müsahibə təşkil edilib. Noyabrın 30-da isə kitabxanaçı işləmək istəyən şəxslər üçün müsahibə keçiriləcək.

Ümumilikdə, müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 128 nəfər müsahibəyə dəvət olunub. Onlardan 51-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 20-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 37-si psixoloq, 20-si kitabxanaçı olmaq istəyən şəxslərdir.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.