Blatter: "Mütləq dünya çempionatını izləməyə gedəcəm"


İdman 29 Noy 2017 13:13:00 266 0

Blatter: "Mütləq dünya çempionatını izləməyə gedəcəm"

FİFA-nın eks prezidenti Yozef Blatter 2018-ci il mundialına Rusiya prezidenti Vladimir Putin tərəfindən dəvət olunduğunu yenidən qeyd edib. Goal.az xəbər verir ki, isveçrəli funksioner "RMC" agentliyinə açıqlamasında bu barədə danışıb.

"Putin məni və Platinini hələ 2016-cı ildə Rusiyada keçiriləcək dünya çempionatına dəvət etmişdi. Sonradan bu təklifini yenidən dilə gətirdi. Bəzi jurnalistlər bunun həqiqət olduğuna inanmır. Amma mən mütləq dünya çempionatını izləməyə gedəcəm. Platini də gəlsə, onunla görüşəcəyik. O, dəvətdən məmnun görünmürdü. Bir neçə aydan sonra vəziyyətin necə olacağına baxarıq. İstənilən halda, mundialı canlı izləmək xoş olacaq" - Blatter deyib.

2015-ci ilin dekabrında Blatter və Mişel Platini 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmışdı. 2016-cı ildə cəzanın müddəti 6 ilə endirildi. Hər iki funksioner futbol oyunlarını stadiondan izləyə bilər. Bir şərtlə ki, biletləri müstəqil şəkildə, adi azarkeş kimi alsınlar.