İslamabadda keçirilən beynəlxalq sərgidə Azərbaycan təmsil olunub


Digərləri 29 Noy 2017 11:59:04 209 0

İslamabadda keçirilən beynəlxalq sərgidə Azərbaycan təmsil olunub

İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyi tərəfindən 28 noyabr-İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Günü münasibəti ilə təşkil olunan sərgidə Azərbaycanın Pakistandakı səfirliyi iştirak edib.

Bakı. İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyi tərəfindən 28 noyabr-İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Günü münasibəti ilə təşkil olunan sərgidə Azərbaycanın Pakistandakı səfirliyi iştirak edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, Pakistanın Planlaşdırma Komissiyasının sədr müavini, sabiq xarici işlər və maliyyə naziri Sartac Əzizin, Pakistan Milli Assambleyası Xarici İşlər komitəsinin sədri Maxdum Xusro Bəxtiyarın, Pakistan Senatının Xarici İşlər komitələrinin sədri xanım Nuzhat Sadiqin, Pakistan Xarici İşlər katibi Təhminə Cancuanın, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların və aparıcı media nümayəndələrinin qatıldığı sərgidə İƏT üzvü olan ölkələrin səfirlikləri öz ölkələrinin siyasi tarixini, mədəniyyətini, iqtisadi vəziyyətini əks etdirən materiallar nümayiş etdiriblər. Tədbirdə çıxış edən ali qonaqlar - S.Əziz, M.Xusro Bəxtiyar, N.Sadiq və T.Cancua İƏT-in yaranma və inkişaf tarixindən, təşkilatın region ölkələrinın siyasi, iqtisadi və mədəni əməkdaşlığında, həmçinin sülh və təhlükəsizliyin qorunmasında oynadığı mühüm roldan danışaraq, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. Sonra sərgiyə təşrif gətirənlər İƏT üzvü ölkələrin sərgi masalarını ziyarət ediblər. Azərbaycanın Pakistandakı səfirliyinin sərgiyə çıxardığı ölkəmizin dövlətçilik tarixini, iqtisadi inkişafını, mədəni dəyərlərini təcəssüm etdirən kitablar, fotoşəkillər və suvenirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin