Trampı heyran edən Reyhan kimdir? VİDEO FOTO


Digərləri 29 Noy 2017 11:08:00 245 0

Trampı heyran edən Reyhan kimdir?  VİDEO  FOTO

Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına "sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır" sözlərini də əlavə edib.

Sözügedən çıxışın videosu dünəndən sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub. 

Son.az xəbər verir ki, qafqazinfo Reyhan Camalova ilə  bağlı bəzi məlumatlar əldə edib. O, Gənclik İstək liseyinin 9-cu sinif şagirdidir. Hər zaman dərslərində uğurlu olan Reyhan sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb.

Həmin layihəsi ilə də hazırda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edir.


Xəbərə aid fotolar