4,8 Gb sürətinə malik yeni “wifi” texnologiyası hazırlandı


Digərləri 29 Noy 2017 09:23:00 222 0

4,8 Gb sürətinə malik yeni “wifi” texnologiyası hazırlandı

Cənubi Koreyanın aparıcı texnoloji şirkətlərindən biri olan "SK Telecom" tərəfindən informasiyaların daha sürətli şəkildə ötürülməsini təmin edəcək 4,8 giqabit/saniyə sürətində malik "Wi-Fi" texnologiyasının təqdimatı keçirilib.

Son.az xəbər verir ki, yeni "wi-fi" şəbəkəsi "IEEE 802.11ax" standartlarına uyğun şəkildə hazırlanıb. Yeni sistem məlumatların ötürülmə sürətini 1.3 giqabit/saniyəyə çatdırmaqla, 1 giqabitlik "802.11ac" şəbəkə standartının göstəricilərindən 4 dəfə daha üstün olmağa şərait yaradır.

Texnologiya məlumatların 160 meqahers (802.11ac standartında olduğundan 2 dəfə çox) tezliyində ötürülməsi üçün 4 antenadan eləcə də iş üçün 2,4 və 5 QHs diapazonlarından istifadəni nəzərdə tutur.

"SK Telecom" yeni nəsil "Wi-Fi" şəbəkəsinə çıxış nöqtələrini növbəti ildə işə salmağı planlaşdıraraq diqqəti ilk növbədə yüksək trafik sıxlığına malik yerlərə yönəldəcək. Texnologiya ilə "802.11ax" standartı ilə uyğunluq təşkil edən prosessorlar əsasında hazırlanan mobil qurğular işləyəcək.

Cənubi Koreya operatorunun baş vitse-prezidenti Park Çji He bildirib ki, yeni nəsil "Wi-Fi" texnologiyası "5G" şəbəkələrinin tamamlanması üçün vacib əhəmiyyətə malik olacaq.