2 metr uzunluğu olan çəkmələr YENİ TREND FOTO


Digərləri 29 Noy 2017 09:28:00 313 0

2 metr uzunluğu olan çəkmələr  YENİ TREND  FOTO

Meksikada yeni çəkmə trendi yaranıb. Hədsiz uzun burun çəkmələrlə küçələri dolaşan meksika əhalisi bunu xüsusilə klublara və rəqslərə görə istifadə edirlər.

Son.az xəbər verir ki, "traybl quaçero" adlı mahnı ilə dəbə minən uzun burun çəkmələr kənardan gülməli görünsə də, insanlar bunu heç də gülməli və geridə qalmışlıq hesab etmir. Kolumbiya motivləri əsasında hazırlanan kovboy çəkmələri, Meksika klublarında trend halını alıb.

Əvvəlcə normal ölçülü ayaqqabılardan istifadə edən meksikalılar 21-ci əsrdə yenidən kovboy çəkmələrinə geri dönürlər. Onlar yuxarı istiqamətə əyilərək xizəyi xatırladan çəkmələrlə rahat şəkildə hərəkət edir, servis xidməti göstərirlər. Hətta meksikalılar "ən uzun burun çəkmə sahibini" müəyyən etmək üçün 6 aydan bir maraqlı müsabiqələr də keçirirlər.


Xəbərə aid foto