Bakıda qohumlar arasında dava düşüb, üç nəfər bıçaqlanıb - FOTO


Sosial 29 Noy 2017 08:34:00 261 0

Bakıda qohumlar arasında dava düşüb, üç nəfər bıçaqlanıb - FOTO

Hadisəni törədən şəxs axtarılır

Bakının Sabunçu rayonunda qohumlar arasında bıçaqlanma ilə nəticələnən dava düşüb.

"Report" xəbər verir ki, Balaxanı qəsəbəsində baş verən hadisə zamanı qayın, yeznə və digər bir qohum bıçaq xəsarətləri alıb.

Bəkirov Rauf Babaxan oğlu və Xanquliyev Yusif "Ravon" markalı avtomobildə bıçaqlanıb. Digər yaralının ad-soyadı hələlik məlum deyil.

Faktla bağlı hadisə yerinə Sabunçu Rayon Prokurorluğunun əməkdaşları və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hər üç yaralı qohumdur. Hadisəni törədən şəxs axtarılır.