İLK: Yeni şifrələnmə sistemi hazırlandı


Digərləri 29 Noy 2017 08:36:00 227 0

İLK: Yeni şifrələnmə sistemi hazırlandı

Dyuk və Ohaya Universitetlərindən olan bir qrup mütəxəssis və ABŞ-ın Okric şəhərində yerləşən Milli Laboratoriyanın əməkdaşları birlikdə kvant təhlükəsizliyi üzrə maraqlı layihə hazırlayıblar.

Son.az xəbər verir ki, yeni hazırlanan sistemə görə, kvant təhlükəsizliyinin şifrlənmə kodları başqa kvant sistemləri ilə müqayisədə 5-10 dəfə daha sürətlidir. Ohayo Universitetindən olan professor Daniel Qotyenin sözlərinə görə, hazırlanan yeni sistem yaxın gələcəkdə əlçatan olacaq. Funksional kvant kompüteri mövcud kriptoqrafik şifrələrə sürətlə müdaxilə edərək onları paylaşmağa şərait yaradacaq: "İnternet şəbəkələrini kiberhücumlardan və kənar müdaxilələrdən qoruyan yeni texnologiyalar hazırlanmalıdır". Alimlər eyni zamanda, hərəkətedici fəallığı artırmaq məqsədilə beyin implantlarını da sınaqdan keçirəcəklər. Yeni sistem vasitəsilə hətta ən zəif tiplərdə olan avadanlıqları belə mükəmməl müdafiə etməyə imkan yaradacaq. Açarların kvant paylanması üzrə əsas problemi aşağı sürətdə (saniyədə 100 KB-dək) işləməklə bağlıdır və bu, əksər praktik məsələlərin həlli üçün çox zəif sürətdir. Buna görə də alimlər bir fotonda daha çox informasiya yerləşdirməklə kvant məlumatlarının ötürülməsi sürətini artırmağa təşəbbüs ediblər. Yaxın gələcəkdə kəşfiyyatdan tutmuş, 21 müxtəlif peşə məhz kvant sistemləri ilə proqramlaşdırılacaq. İlk dəfə cari ilin yay aylarında şəhər daxilində kvant şifrləməsi əməliyyatı müvəffəqiyyətlə sonlandırılıb. Alimlər bir-birindən 300 metr aralı məsafədə yerləşən universitet binalarından qarşılıqlı şəkildə şifrlənmiş xəbər göndərə biliblər. (publika.az)