Cocuq Mərcanlıda TM62 minasının gücləndiricisi tapılıb FOTO


Digərləri 29 Noy 2017 08:38:08 191 0

Cocuq Mərcanlıda TM62 minasının gücləndiricisi tapılıb  FOTO

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində 1 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, gün ərzində kənddə 56 995 kv.m (5.70 ha) ərazi tam təmizlənib, 20 200 kv.m (2.02 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 77 195 kv.m (7.72 ha)), 1 ədəd partlamamış hərbi sursat (TM-62 minasının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 12 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 300 230 kv.m (30.02 ha) ərazi tam təmizlənib, 86 900 kv.m (8.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 387 130 kv.m (38.71 ha)).


Xəbərə aid fotolar