Türkan qəsəbə Mədəniyyət Evinə Ağaxan Abdullayevin adı verilib


Digərləri 29 Noy 2017 06:45:55 195 0

Türkan qəsəbə Mədəniyyət Evinə Ağaxan Abdullayevin adı verilib

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib

Bakı şəhərinin Xəzər rayonunda yerləşən Türkan qəsəbə Mədəniyyət Evinə muğam ustası Ağaxan Abdullayevin adı verilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Xanəndə A.Abdullayev uzun sürən xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də vəfat edib.