Yəmənin Maliyyə Nazirliyi qarşısında avtomobil partladılıb


Dünya 29 Noy 2017 04:27:49 282 0

Yəmənin Maliyyə Nazirliyi qarşısında avtomobil partladılıb

Hadisə nəticəsində ölən və yaralananlar var

Yəmənin cənubunda yerləşən Ədən şəhərində Maliyyə Nazirliyinin binası qarşısında avtomobil partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü yerli sakinlərə istinadən "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.