Rusiya Kosmik Hava Qüvvələrinə yeni rəhbər təyin olunub


Dünya 29 Noy 2017 03:24:45 290 0

Rusiya Kosmik Hava Qüvvələrinə yeni rəhbər təyin olunub

Bu, Suriyadakı qoşun qruplaşmasının komandanı Sergey Surovikindir

Rusiyanın Suriyadakı qoşun qruplaşmasının komandanı Sergey Surovikin ölkənin Kosmik Hava Qüvvələrinə yeni rəhbər təyin olunub.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bundan əlavə, general-leytenant Aleksandr Lapin Mərkəzi Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Vladimir Zarudnitski isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Akademiyasının rəisi təyin olunub.

Sergey Surovikin 11 oktyabr 1966-cı ildə Novosibirskdə doğulub. O, 1987-ci ildə Omsk Ali ümumqoşun komandirləri məktəbini, ardınca isə Frunze adına Hərbi Akademiyanı və Baş Qərargahın Hərbi Akademiyasını fərqlənmə ilə bitirib.

2004-cü ilin iyunundan Çeçenistana yerləşdirilmiş 42-ci qvardiya diviziyasına başçılıq edib.

O, cari ilin iyun ayından Suriyada qoşun qruplaşmasının rəhbəridir.