Xızıda 116 ədəd partlamamış hərbi sursat aşkar edilib


Sosial 29 Noy 2017 00:47:33 263 0

Xızıda 116 ədəd partlamamış hərbi sursat aşkar edilib

Nəticə etibarilə 297 000 kv.m (29.70 ha) ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 28-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 116 ədəd partlamamış hərbi sursat (PHS), 121 ədəd partlamış-yanmış mərmi qalıqları və 573 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 297 000 kv.m (29.70 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 83 gün ərzində 20 min 506 ədəd partlamamış hərbi sursat (PHS), 9 982 ədəd partlamış-yanmış sursat qalıqları və 72 085 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 71 645 062 kv.m (7 165 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.