Nura daha bir sərt mesaj: "Adını və soyadını dəyişsin"


Digərləri 28 Noy 2017 23:49:00 321 0

Nura daha bir sərt mesaj: "Adını və soyadını dəyişsin"

Bir vaxtlar gündəmdə olan türkiyəli sənətçi İsmail Türüt verilişlərdən birində qonaq olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, şəhid ailəsində böyüyən türk xalq musiqisinin mahir ifaçısı modelyer Nur Yerlitaşın bu yaxınlarda canlı yayımda dediyi sözlərlə bağlı danışıb.

İsmail Nurun "Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir" sözlərinin qarşılığında bunları deyib:

"Şəhidlik böyük zirvədir. Bunu başa düşməyən Nura yazığım gəlir. Ümumiyyətlə o, gərək adını və soyadını dəyişsin. Onun adı Nur ola bilməz, o, nursuzdur. Soyadı da Yerlitaşdır, o, yerli ola bilməz, əcnəbidir. Şəhidi dünyaya gətirən də bir qadındır, sən də. Diqqət etməli idin sözlərinə. Üzür istəyib, üstünə çox getməməliyik, amma mən öz adıma onu çox qınayıram".

Xatırladaq ki, bir neçə gün öncə Nur Yerlitaş Neslihan adlı rəfiqəsinin ad günündə canlı yayıma qoşulub. O, müğənni Serkan Kayanın xanımı Ayşegüllə söhbəti zamanı "Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir" deyib.