Köpək balıqları31 miqrantı parçaladı


Dünya 28 Noy 2017 23:29:00 336 0

Köpək balıqları31 miqrantı parçaladı

Daha 40 nəfər itkin düşüb

Aralıq dənizində Avropaya üzən iki miqrant qayığına köpək balıqları hücum edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Liviyanın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində 31 nəfər ölüb, 40 nəfər itkin düşüb. Faciə Şimali Afrika sahillərindən təqribən 65 km aralıda baş verib. Xilasedicilərin sözlərinə görə, ölənlərin aşkar olunmuş meyitlərində köpək balıqlarının dişlək izlərinin yeri görünür. Qeyd olunur ki, bəzi miqrantlar yırtıcılardan xilas olmaq üçün çevrilmiş qayıqlara çıxmaq istəyən zaman ölüblər. "Ətrafda çoxsaylı cəsəd var idi və biz burada onların arası ilə üzən 4-5 köpək balığı gördük. Böyük göy köpək balıqları, çox aqressiv növdür", - deyə dənizçilərdən biri bildirib. Faciə yerində digər qaçqınlarla dolu qayıqlar da olub.