Küveyt OPEK + sazişinin müddətinin uzadılmasını dəstəkləyir


İqtisadiyyat 28 Noy 2017 22:43:51 339 0

Küveyt OPEK + sazişinin müddətinin uzadılmasını dəstəkləyir

Bunu ölkənin neft, elektroenergetika və su sərvətləri naziri deyib

Küveyt 1 aprel 2018-ci il tarixindən sonra neft hasilatının azaldılmasına dair sazişin (OPEK +) müddətinin uzadılmasını dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin neft, elektroenergetika və su sərvətləri naziri Essam əl-Marzuk deyib.

"Biz uzadılmanı dəstəkləyirik", - deyə o müvafiq suala cavab verib. Lakin nazir mümkün uzadılmanın müddətini dəqiqləşdirməyib.

"Biz sövdələşmənin icrasının monitorinqi üzrə nazirlər komitəsinin sabah keçiriləcək görüşünün nəticələrini gözləməliyik", - deyə nazir əlavə edib.

Noyabrın 30-da Vyanada OPEC-ə daxil olan və olmayan 24 dövlətin neft və energetika nazirlərinin neft hasilatının azaldılmasına dair görüşü keçiriləcək.

Bu görüşdən bir gün əvvəl, noyabrın 29-da sazişə imza atan yalnız beş ölkə – Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələrinin daxil olduğu OPEC + sövdələşməsinin icrasının monitorinqi və onun şərtlərinə düzəlişlər üzrə nazirlər komitəsinin iclası keçiriləcək.