Heyvanlar Allahı necə təsbih edirlər?


Digərləri 28 Noy 2017 22:45:00 279 0

Heyvanlar Allahı necə təsbih edirlər?

Əhli-Beyt (ə) məktəbinin əqidəsinə görə, hər bir kamil insan bütün varlıqların dilini bilə bilər. Əgər insan sirat yolunda hərəkət edərsə və dünyaya bağlanmazsa, varlıq aləminin həqiqətini dərk edər. İnsanın gözü və qulaqları açılar və bütün varlıqların səsini eşidər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Ona görə də Quran günahkar insanı heyvandan da alçaq varlığa bənzətmişdir. "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün)baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).   İmam Hüseyndən (ə) nəql olunan hədis, heyvanların necə Allahı təsbih etdiklərini bir daha vurğulayır. Həzrət Hüseyn (ə) kiçik olan zaman ona heyvanların nə demək istədikləri ilə bağlı sual verirlər və İmam (ə) bir-bir heyvanların nə dediklərini bəyan etmişdir.   Onlardan bir neçəsini misal gətirək:   Nə zaman durna səslənər, deyər: "Allahım! Məni düşmənlərindən saxla".   Ördək səslənən zaman deyər: "Sənin bağışlanmağın, ey Allah! Sənin bağışlanmağın!".   Dəvəquşu deyər: "Allahdan qeyri məbud yoxdur".   Qarğa deyər: "Ey ruziçatdıran! Halal ruzi çatdır!".   Bildirçin deyər: "Ey Adəm övladı! Ölümdən nə qədər qafilsən?".   Xoruz deyər: "Hər kim Allahı tanıyar, Onu yada salmağı unutmaz".   Ceyran deyər: "Allahım! Məni əziyyətlərdən xilas et!".   Şir deyər: "Allahın əmri mühümdür, mühüm".   Tülkü deyər: "Dünya, qürur evidir".   İt deyər: "Günahlar xar etmək üçün kifayətdir".   Zürafə deyər: "Heç bir məbud yeganə Allahdan başqası deyildir".   Pələng deyər: "Ey əziz! Ey başıuca! Ey Allah!".   Fil deyər: "Heç bir tədbir ölüm üçün canişin ola bilməz".   Canavar deyər: "O şeyi ki, Allah saxlayar, heç bir zaman məhv olmaz".   Həzrət Hüseyn (ə) bu sözlərin davamında buyurur: "Allah Təala elə bir varlıq yaratmamışdır, məgər təsbihi vardır ki, onunla Allaha sitayiş edər".   Sonra bu ayəni tilavət edir: "Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək, Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi - sonradan yaranması - Onun qədimliyinə - elə əzəldən, həmişə olmasına, naqisliyi - Onun kamalına və məhdudluğu - Onun qeyri-məhdud olmasına dəlalət edir). Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O, həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz, bağışlayır)". ("İsra" 44).