Təqva, səmadan və yerdən insana bərəkət gətirər


Digərləri 28 Noy 2017 22:20:00 253 0

Təqva, səmadan və yerdən insana bərəkət gətirər

Hədislərdə oxuyuruq ki, necə ki, cəmiyyətdə xəyanət artan zaman bərəkət aradan gedər, eləcə də təqvasızlıq bərəkətin aradan getməsinə səbəb olan başqa amillərdən biridir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Quranda vədə vermişdir ki, əgər şəhər əhalisi təqvaya riayət etsə, oraya səmadan və yerdən bərəkət nazil edəcəkdir.

Möminlərdən biri nəql edir ki, mağaza açmaq üçün borca ehtiyacı var idi və borc üçün banka müraciət etdi. Ona dedilər ki, mağaza üçün deyil, maşın üçün borc verə bilərik. O da bu işin şəri tərəfini araşdırdı və gördü ki, başqa məqsədlə həmin pulu almaq düzgün deyildir. Ona görə də bankdan pul götürməkdən əlini üzdü və Allaha üz tutub dedi: "Allahım, mən bu işi ancaq haram olduğu üçün tərk etdim". Bir neçə gün sonra qohumlarından biri ona zəng vurdu və dedi: "Mənim artıq pulum vardır və ona ehtiyacım yoxdur". Həmin pulu ona verdi və o da öz işini gördü. (Tebyan)   Din alimlərindən biri nəql edir: "Quraqlıq ili idi və təbliğ üçün kəndlərdən birinə getmişdim. Quraqlıq kəndin tarlalarına böyük ziyan vurmuşdu və məhsulunu qurutmuşdu. Kənd əhalisindən biri məni bağına dəvət etdi ki, nahar yeyək. Mən də razı oldum. Onun bağına gedən yolda gördüm ki, ətraf bağların hamısı quruyub aradan getmişdir, ancaq bu kişinin bağı yaşıl və bol məhsullu olaraq qalmışdır. Səbəbini soruşanda dedi ki, mən hər il zəkatımı, xümsümü verirəm. Yoxsullara məhsuldan pay verirəm. Bu bağda Quran oxuyur və namaz qılıram. Mənə aydın oldu ki, məhz bu kişinin təqvası bağının bərəkətinə səbəb olmuşdur".   Ona görə də o kəsin ki, təqvası olar, Allah onun ruzisini yerdən və göydən endirər. O kəsin ki, təqvası olmaz, həmin quru bağlar kimi aradan gedər və məhv olar.