Niyyət edib qurban kəsmək olarmı?


Digərləri 28 Noy 2017 21:50:00 306 0

Niyyət edib qurban kəsmək olarmı?

Niyyət edərək Allah rizası üçün qurban kəsmək günah yox, əksinə savab əməllərdəndir. Sadəcə yaxşı olar ki, bu niyyət xalq arasında tanınan nəzir formasında olmasın. Şəriətdə hər hansı bir şərtin müqabilində Allah üçün bir əməl edəcəyinə nəzir demək bəyənilmir.

Son.az zikr.az-a istinadən bildirir ki, hədislərdə qeyd olunduğu kimi buna paxıl adamın nəziri demək olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Adəm övladının etdiyi hər bir nəziri Mən əzəl­dən təqdir etmişəm. Onun nəzir etməsi qədəri dəyişmir, çünki Mən bunu əzəldən təqdir etmişəm. Mən bunu sadəcə xəsis adam­dan çıxardıram. O, əvvəlcədən Mənə verməli olduğunu sonradan verir". (Əhməd, 7499). Məsələn, niyyət edilərək, nəzir edilir ki, ey Allahım filan işim düzəlsin və ya filan arzum həyata keçsin, sənin yolunda qurban kəsəcəm, filankəsə sədəqə verəcəm və ya hansısa xeyirli əməli edəcəm. Amma hətta bu şəkildə nəzir edilərsə, mütləqdir ki, Allah qarşısında nəzir və ya niyyət qismində verilən söz yerinə yetirilsin. Rəsulallah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın". (əl-Buxari, 6696).