ASAN könüllülərinin III spartakiadası keçirilib (FOTO)


Digərləri 28 Noy 2017 17:55:00 284 0

ASAN könüllülərinin III spartakiadası keçirilib (FOTO)

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə ASAN Könüllülərinin III Spartakiadası idman yarışları keçirilib.

Bakı. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə ASAN Könüllülərinin III Spartakiadası idman yarışları keçirilib. Təşkilatdan Trend-ə verilən məlumata görə, paralel olaraq Qəbələ İdman olimpiya kompleksi və Qəbələ atıcılıq klubunda keçirilən yarışlarda "ASAN xidmət" mərkəzlərindən 11 komanda daxilində 55 könüllü iştirak edib. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu "Sağlamlıq Günü: “ASAN Könüllülərinin III Spartakiadası" layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, atıcılıq, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar. Spartakiadada 7 fərqli bölgədən olan gənclər komandalar və fərdi şəkildə iştirak edib. Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunub. ASAN Könüllülərinin III Spartakiadasının kuboku I yeri tutmuş 3 saylı “ASAN xidmət” mərkəzininin könüllülərdən ibarət komandasına təhvil verilib. Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərimizə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları virtual aləmdən asılıqlarını olduqca minimallaşdırıb idman ətrafında cəmləşdirmək və nəhayət, bu cür oyunları mütəmadi olaraq şəhər, region və ölkədaxili keçirməklə Azərbaycanın gənclərini əhətə etməkdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin