Evdən zinət əşyaları oğurladı - isti izlərlə yaxalandı


Digərləri 28 Noy 2017 17:09:31 264 0

Evdən zinət əşyaları oğurladı - isti izlərlə yaxalandı

Bərdə şəhər sakininin evini qarət edən şəxslər saxlanılıb.

Bakı. Bərdə şəhər sakininin evini qarət edən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Bərdə şəhər sakini Nicatağa Bağırov noyabrın 26-da RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən oğurluq edildiyi barədə məlumat verib. Zərərçəkən evdən ona məxsus ümumilikdə 4 min 300 dollar dəyərində qızıl əşyalarının və fotoaparatın, 1280 manat dəyəri olan digər məişət əşyalarının oğurlandığını bildirib. Bərdə RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib. O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Hazırda bu şəxsin digər oğurluqlarda iştirakı məsələsi istintaq orqanları tərəfindən araşdırılır. Faktla bağlı araşdırmalar aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin