Pərviz Şahbazov OPECin Vyana görüşündə iştirak edəcək


Digərləri 28 Noy 2017 16:27:00 272 0

Pərviz Şahbazov OPECin Vyana görüşündə iştirak edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Vyana görüşündə iştirak edəcək.

Son.az bildirir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirlir ki, R.Şahbazov 29-30 noyabr tarixlərində Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. Nazir P.Şahbazov OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin Vyanada keçiriləcək üçüncü iclasında Azərbaycanı təmsil edəcək.

Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir. OPEC-in Nazirlər Şurasının noyabrın 30-da Vyanada keçiriləcək 173-cü iclası ərəfəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə Azərbaycanın energetika naziri P.Şahbazov arasında telefon danışığı olub və rəsmi Bakı bu prosesə ardıcıl dəstəyini bir daha nümayiş etdirib.