Pərviz və Türkanı nə birləşdirir? VİDEO FOTO


Şou-biznes 28 Noy 2017 15:45:00 290 0

Pərviz və Türkanı nə birləşdirir?  VİDEO  FOTO

Pərviz Bülbülə və Türkan Vəlizadənin "Ürəyimdi mənim" mahnısı qısa zamanda hər kəsin ürəyinə hakim kəsilməyə başladı. Son.az bildirir ki, "ARB Ulduz"un "Virtual həyat" proqramında da bu barədə sujet yayımlanıb. Türkan Vəlizadə sosial şəbəkə hesabında mahnının söz və musiqisinin Pərvizə aid olduğunu qeyd edib. Pərviz Bülbülə isə bu haqda heç nə yazmayıb. Mahnının musiqisi, əslində, iranlı müğənni Amin Həbibinin 2016-cı ildə işıq üzü görən mahnısından götürülüb. Pərviz və Türkanın səsini yazan studiya isə "İnstaqram" və "Youtube" hesabında sözlərin Pərviz Bülbüləyə aid olduğunu göstərib. Pərviz və Türkanın səsyazma studiyasından paylaşdıqları ifaya gələn rəylərin əksəriyyətində də mahnının Amin Həbibiyə aid olduğu vurğulanır. Nə olursa olsun, mahnı azərbaycanlı müğənnilərin ifasında əla alınıb. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar