Rusiyada öldürülən azərbaycanlı tələbədən yaxınları imtina etdi VİDEO


Kriminal 28 Noy 2017 15:27:00 256 0

Rusiyada öldürülən azərbaycanlı tələbədən yaxınları imtina etdi  VİDEO

Permdə döyülərək öldürülən azərbaycanlı tələbə Hüseyn Mustafayev Azərbaycana gətirilərək dəfn edilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Səni axtarıram" verilişində Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev məlumat verib. Proqramda bu barədə geniş material efirə verilib.

Verilişin aparıcısı X.Hidayətqızı bildirib ki, ata-anasız böyümüş Hüseynin dəfnində yaxınlarından, doğmalarından heç kim iştirak etməyib. Hətta İsraildə yaşayan bacısı da dəfndə iştirakdan imtina edib.  Qeyd edək ki, 27 yaşlı H.Mustafayev noyabrın 18-19-na keçən gecə döyülüb və bir neçə gündən sonra vəfat edib. O, Permdəki Farmakoloji Akademiyanın tələbəsi idi.