Vladimir Doroxin: "Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi"


Siyasət 28 Noy 2017 15:14:49 277 0

Vladimir Doroxin: "Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi"

"Doqquz il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri tam möhkəmləndirmək üçün gəlmişdim"

"Təxminən, doqquz il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri tam möhkəmləndirmək üçün gəlmişdim. Bu tapşırığı yerinə yetirmək çətin olmadı. Qarşımda yalnız açıq qapılar var idi. Çünki Rusiya kimi, Azərbaycan da əlaqələrin möhkəmləndirilməsi üçün çalışırdı".

"Report" xəbər verir ki, bu Azərbaycandakı diplomatik missiyasını başa vuran Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin müraciətində deyilir.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin V.Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

"Bu illər ərzində bir-birinin suverenliyinə mütləq hörmət, müdaxilə etməmək və maraqların balansı prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən çox mühüm hadisələrin şahidi və iştirakçısı olmaq imkanı qazanmışam. Biz bir-birimizi daha yaxşı başa düşməyi, keçmişdəki əlaqələrimizdə olan bütün yaxşı şeyləri qiymətləndirməyi, zamanın yeni tələblərinə uyğun əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi", - səfirin müraciətində bildirilib.