Arvadına baxan sürücünü öldürdü


Digərləri 28 Noy 2017 14:28:00 238 0

Arvadına baxan sürücünü öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadına baxan taksi sürücüsünü öldürəkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədovun məhkəməsi başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il iyulun 16-da saat 11 radələrində Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlu aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən Suraxanı rayon sakini Əbdülməmmədov Cavid Hacıməmməd oğlu həbs edilib.