Deputatdan ateistlərə və Elşad Miriyə ŞİLLƏ KİMİ CAVAB: Həkim eşşək əti buyurub...


Digərləri 28 Noy 2017 14:11:00 311 0

Deputatdan ateistlərə və Elşad Miriyə ŞİLLƏ KİMİ CAVAB: Həkim eşşək əti buyurub...

Son.az afn-ə istinadən Aqil Abbasın ateistlərə cavabını təqdim edir:

Qarabağlıların işlətdikləri maraqlı ifadələrdən biridi. Kimsə bacarmadığı işə girişəndə, bilmədiyi bir məsələ ilə bağlı mübahisə edəndə, özünün və sözünün yerini bilməyəndə deyirlər ki: " Ə, nədi, həkim eşşək əti buyurub?!"

Həkim bir xəstənin sağalması üçün ona hansı dərmanı yazsa, nəyi yeməli olduğunu desə, gərək əməl edəsən ki, sağalasan. Yəni əgər eşşək əti də buyurubsa, gərək yeməlisən. İndi bacarmadığın işə girişirsənsə, özünün və sözünün yerini bilmirsənsə, yəni otur yerində də, həkim eşşək əti buyurmayıb ki!

Ateistlər. Yəni Allahın varlığını dananlar. Bunlar sıradan adamlar deyillər. Elmli, savadlı, geniş dünyagörüşünə malik ziyalılardılar. Deyək ki, onlar insanların Allah tərəfindən deyil, meymundan yarandığına inanırlar (amma meymunu da Allah yaradıb). İnansınlar. Eybi yox, kimisi Adəmdən törəyər, kimisi də meymundan. Bu da onların "dinidi".

Universitetdə ateizm dərsi keçirdilər. Amma o boyda professorlar bircə nəfəri də inandıra bilmirdilər ki, Allah yoxdu. Əksinə, bu dərs kitablarını oxuduqca, o professorların mühazirələrinə qulaq asdıqca Allaha daha çox inanırdın.

Şopenhauerin ateistlərlə bağlı belə bir fikri var. Özü Allaha inanmır, amma qəribədir ki, and içəndə üz tutub göylərə and içir. Hər bir uğuru üçün Göylərə minnətdarlıq edir. Bizim ulu babalar da Göylərə and içiblər, bu gün də biz bu andı içirik. Yəni bərk dursaq Şopenhauerin türk kökənli olduğunu sübut edə bilərik.

Gələk Şopenhauerin fikrinə. Deyir ki, yığışıb cild-cild kitablar yazırlar ki, Allah yoxdur. Allah yoxdursa, yoxdur da, bu qədər kitabları niyə yazırsınız? Siz bu kitabları yazmaqla Allahın varlığını sübut edirsiz.

Arkadaş, ateistsən, çox gözəl. Buyur, öz fəlsəfi görüşlərini yaz, oxuyuq xoşbəxt olaq. Amma day inanclı insanları təhqir eləmə, aşağılama, alçatma, onların inanclarına lağ eləmə. Həkim eşşək əti buyurub?