İbrahimoviç burnunu əməliyyat etdirəcək


İdman 28 Noy 2017 13:53:00 330 0

İbrahimoviç burnunu əməliyyat etdirəcək

İngiltərənin “Manchester United” klubunun futbolçusu Zlatan İbrahimoviç Türkiyədə əməliyyat olunacaq.

Goal.az xəbər verir ki, “Fanatik” 37 yaşlı isveçli forvardın burnunun formasını dəyişdirməyə qərar verdiyini yazıb.

O, İsveç yığmasında komanda yoldaşı olan türk əsilli Erkan Zenginin vasitəçiliyi ilə İstanbuldakı klinikalardan birinə müraciət edib. Estetik əməliyyatın ən qısa zamanda baş tutacağı bildirilir.