"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş davam etdirilir"


Siyasət 28 Noy 2017 13:42:17 244 0

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş davam etdirilir"

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədovun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına nail olunmayıb: "Ümid edirəm ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin öhdəsindən gələ biləcəyik".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində