Heyvanlarla vəhşicəsinə davrananlar ciddi cəzalandırılacaqlar


Digərləri 28 Noy 2017 13:12:00 268 0

Heyvanlarla vəhşicəsinə davrananlar ciddi cəzalandırılacaqlar

Heyvanlarla vəhşicəsinə davranan şəxslər haqqında ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bununla bağlı yalnız İnzibati Xətalar Məcəlləsinə deyil, həm də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək: "Heyvanları məhv etmək, onlara pis münasibət göstərmək olmaz. Heyvanları qorumaq hər kəsin borcudur. Nəinki vəhşi heyvanlar, ev heyvanları haqqında da qanunvericliyə dəyişikliklər ediləcək".