Əkin yerini yandıranlar cərimələnəcəklər


Digərləri 28 Noy 2017 12:57:00 297 0

Əkin yerini yandıranlar cərimələnəcəklər

Azərbaycanda əkin yerinin yandırılamasına görə cərimə tətbiq ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilir.

Yeni təkliflərə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatdək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatdək, hüquqi şəxslər 5000 manatdan 6000 manatdək cərimələnəcəklər.