"Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi" Arye Qut


Siyasət 28 Noy 2017 12:42:12 257 0

"Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi"  Arye Qut

Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

A.Qut bildirib ki, Azərbaycan müxtəlif millətlərin sülh şəraitində yaşadığı yeganə dövlətlərdən biridir: "Azərbaycanın multikultural ənənələri dünya dövlətləri üçün nümunə ola bilər. Azərbaycan tolerantlığın dünyada daha da geniş yayılmasına töhfə verəcək".

O vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var, buna baxmayaraq Azərbaycanda antisemitizm heç zaman müşahidə olunmayıb və bu, qürurverici bir faktdır.

A.Qut onu da əlavə edib ki, Ermənistan prezidenti Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut edib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində