Amerikalı jurnalist: "Dünya Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə göz yumur"


Siyasət 28 Noy 2017 12:10:51 257 0

Amerikalı jurnalist: "Dünya Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə göz yumur"

Piter Teys: "Ermənistan hökuməti Avropaya, bütün dünyaya təhdid yaradır"

"Araşdırmama əsasən deyə bilərəm ki, Ermənistan hökuməti Avropaya, bütün dünyaya təhdid yaradır. Təəssüf ki, Avropa İttifaqı, ABŞ və dünyanın əsas gücləri Ermənistan tərəfindən günahsız Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə bütün cinayətlərə göz yumurlar".

"Report" xəbər verir ki, bunu siyasi təhlilçi, ABŞ jurnalisti Piter Teys "Azərbaycanın işğal olunmuş ərazilərində etnomədəni irsin dağıdılması" mövzusunda məruzəsində deyib.

O təəssüflə vurğulayıb ki, Azərbaycan terrorçu ölkə olan Ermənistanla qonşudur: "Ermənistan Azərbaycan xalqına çox əziyyətlər verib, Azərbaycanın etnomədəni irsini dağıdıb, ölkənin ətraf mühitinə böyük zərər verib. Dünya ictimaiyyəti Ermənistanın faşist rejimi tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərə diqqət yetirməlidir".