Keçmiş MTN generalının məhkəməsi təxirə salındı


Digərləri 28 Noy 2017 11:54:00 293 0

Keçmiş MTN generalının məhkəməsi təxirə salındı

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Son.az report-a istinadən xəbər verir ki, buna səbəb Bakı Hərbi Məhkəməsində davam etdirilən digər sabiq MTN generalı Elçin Quliyev və keçmiş MTN əməkdaşı Azər Mehdiyevin cinayət işinə baxan məhkəmə kollegiyasının ötən gün müşavirəyə yollanması olub.

Hakimlər kollegiyası həmin şəxslərə hökmü elan edəndən sonra S.Qurbanov və digərlərinin cinayət işi üzrə məhkəməsini keçirəcək.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.