Səhər saatlarında Ağdamda YANĞIN


Digərləri 28 Noy 2017 09:51:00 235 0

Səhər saatlarında Ağdamda YANĞIN

Ağdam rayonunda evdə yanğın faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 05:52 radələrində rayonun Eyvazlı kəndində baş verib. Kənd sakini, 1951-ci il təvəllüdlü Rüstəmov Mahmud Qasım oğluna məxsus 132 kvadratmetrlik evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğının qarşısı alınıb.

Hadisə nəticəsində evin 6 kvadratmetri tam yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.